Fevralın 26-da təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək

10:32 13 Fevral 2015
171 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Fevral 2015 10:27 ]


Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi barədə əmr imzalayıb.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ilk-peşə və orta ixtisas, ali təhsil, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər müəyyənləşdirib həyata keçirsin, əmrin icrası ilə bağlı görülmüş işlər barədə martın 2-dək nazirliyə hesabat təqdim etməlidirlər. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

 

Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən, fevralın 26-da təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək. Bundan əlavə, ümumi təhsil, ilk-peşə və orta ixtisas, ali təhsil və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər keçirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi, “Azərbaycan müəllimi” qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalələrin, xatirələrin dərc edilməsi nəzərdə tutulur.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/372594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR