“Boko Haram” silahlıları Nigeriyada daha 15 nəfəri qətlə yetirib

00:07 31 Dekabr 2014
71 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 23:52 ]

Bakı-APA. “Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-qərbində yerləşən şəhərlərdən birinə hücum edərək dinc sakinlərə atəş açıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 15 nəfər ölüb.

 

Məlumata görə, hücum qonşu Kamerunla həmsərhəd Kautikari şəhərinə edilib. Bu şəhər cari ilin aprelində azı 200 məktəbli qızın qaçırıldığı qəsəbədən cəmi 6 km aralıda yerləşir.  

 

Şahidlərin sözlərinə görə, şəhərə 20 silahlıdan ibarət dəstə hücum edib.

 

Qeyd edək ki, bundan əvvəl Kamerunun Hərbi-Hava Qüvvələri il dəfə “Boko Haram”ın mövqelərinə zərbələr endirib. Nəticədə 40 silahlının məhv edildiyi bildirilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR