Xaçmazda daha bir qəza: “VAZ 2107” qadını vurdu

Xaçmazda daha bir qəza:  “VAZ 2107” qadını vurdu
00:39 31 Dekabr 2014
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 30-u Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Xaçmaz rayon sakini  Şıxıyev Ağası Dünyamalı oğlu idarə etdiyi  90 ED 928  dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomaşınla yolu keçmək istəyən piyada 1974-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Bayramova Həcər Rəcəb qızını vurub.

 

Müxtəlif bədən xəsarətləri alan piyada Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR