Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gənc istedadlarla görüşüb - FOTOSESSİYA

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gənc istedadlarla görüşüb - FOTOSESSİYA
00:57 31 Dekabr 2014
170 Digər
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 00:45 ]

Bakı-APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 30-da  bir qrup gənc rəssam, uşaq evləri və internat məktəbləri nəzdində fəaliyyət göstərən yaradıcı qrupların üzvləri ilə görüşüb.

 

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, «Baku» kafesində keçirilən görüşdə Heydər Əliyev Fondu və fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr və müsabiqələrdə təmsil olunan, bu müsabiqələrin qalibləri olan Azərbaycan Respublikası Rəssamlıq Akademiyasının tələbələri, Bakı şəhərindəki uşaq evləri və internat məktəblərinin şagirdləri iştirak edib.

 

Görüşdə gənc istedadlarla həyata keçirilmiş layihələr müzakirə edilib. Bildirilib ki, fəaliyyəti çərçivəsində yaradıcı gənclərə daim dəstək göstərən Heydər Əliyev Fondu, eləcə də IDEA tərəfindən 2015-ci ildə də  bir sıra yeni layihələr nəzərdə tutulur. Bu layihələr gəncləri bir arada birləşdirməklə yanaşı, onların istedadlarının inkişafına bir daha təkan verəcək.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR