Bütün qurumlar hazır vəziyyətdə (VİDEO)

Bütün qurumlar hazır vəziyyətdə (VİDEO)
01:31 31 Dekabr 2014
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün qurumlar gücləndirilmiş iş rejimində işləyəcək.

ANS TV-nin məlumatına görə, bayramlarla bağlı yanvarın 4-dək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləşdirilmiş iş rejiminə keçəcək. Həmin günlərdə xəstəxana və polikinikalar işləmədiyi üçün bütün müraciətlər təcili yardıma ünvanlanacaq. Sutka ərzində 140 maşın fəaliyyət göstərəcək.

“Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasına daxil olan müraciətlərinin artma ehtimalını nəzərə alaraq biz artıq bayram və istirahət günlərində 142 briqada Bakı şəhər əhalisinə təcili tibbi yardım göstərəcək. Bunun üçün lazım olan dərman pereparatları ehtiyat halına gətirilib“ – deyə Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirlərilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bu səbəbdən vətəndaşlar bəzi təhlükəsizlik qaydalarını bilməlidir. Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır. Küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməli, ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə oda davamlı məhlula hopdurulmalı, küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir.

Bayram günlərində polis də gücləndirilmiş iş rejimində çalışacaq. Bayram tədbirlərinin keçirildiyi ərazilər, küçə və yollar yol polisi tərəfindən nəzarətə götürüləcək. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən xüsusilə sürücülərə xəbərdarlıq edilir.

“Bu bayram günlərində spirtli içki qəbul etməyə meyilli olan sürücülər bilsinlər ki, bayram günüdür deyə polis tərəfindən humanistlik göstəriləcək, heç də belə deyil. Kimliyindən asılı olmayaraq spirtli içki qəbul edərsə, əməkdaşlarımız tərəfindən saxalanılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. Sürücü xanımlara gəlincə, polisin qanuni saxlama işarəsinə mütləq önəm verilməlidir. Əks halda qanun qarşısında cavab verəcəksiniz” – deyə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov vurğulayıb.

Gücləndirilmiş iş rejimi bayramların bitəcəyi günə qədər davam edəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=317266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR