Dilqəm azad oluna bilər

Dilqəm azad oluna bilər
01:36 31 Dekabr 2014
113 Dünya
Ölkə mətbuatı
A- A+

Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan danışıb.

ANS PRESS-in məlumatına görə, vəkil bildirib ki, Dilqəm Əsgərov istəyərsə, birinci instansiyanın hökmündən şikayət edəcəyini bildirib.

"Hazırda heç nə həll edilməyib. Əsgərovla bu haqda danışmamışıq. Amma o, əfv oluna bilər. Yeni ildən sonra mən onunla bütün bu suallar haqqında danışacağam. Əgər arzulayacaqsa, apelliyasiya məhkəməsinə müraciət edəcəyik", - deyə vəkil bildirib.

Xatırladaq ki, "məhkəmə" Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il azadlıqdan məhrum edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR