Bərə yandı: 11 nəfər diri-diri yandı

Bərə yandı: 11 nəfər diri-diri yandı
01:49 31 Dekabr 2014
111 Dünya
Ölkə mətbuatı
A- A+

İon dənizində  “Norman Atlantic”  bərəsində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya sahil mühafizəsinin açıqlamasında bildirilir.  

 

Qeyd edək ki, Yunanıstanın İqumetitsa limanından İtaliyanın Ankona limanına istiqamət götürmüş bərədə yanğın qaraj bölməsində hələ dekabrın 29-da başlayıb.  Göyərtəsində 478 nəfərin olduğu gəmidə xilasetmə əməliyyatı bir sutkadan çox davam edib.  

 

Yunanıstanın sahil mühafizəsi 432 nəfərin, İtaliya tərəfi isə 427 nəfərin xilas olunduğunu bildirir.

 

Yanmış bərənin İtaliyanın Brindizi limanına çatdırılmasına dair qərar verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR