Ebru Gündeşin Elnur barədə tviti (FOTO)

Ebru Gündeşin Elnur barədə tviti (FOTO)
02:21 31 Dekabr 2014
456 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə telekanallarından birində keçirilən “O Ses Türkiye” müsabiqəsində iştirak edən həmyerlimiz Elnur Hüseynov növbəti mərhələyə keçib.

ANS PRESS-in məlumatına görə, müsabiqənin münsiflər heyətinin üzvlərindən olan tanınmış müğənni Ebru Gündeş bu barədə sosial şəbəkədəki səhifəsində ismarış yazıb.

“Səni tanımaq, səninlə əməkdaşlıq etmək çox yaxşı idi Ümid. Xeyirli olsun Elnur” – deyə Ebru Gündeş tvitter səhifəsində yazıb və iştirakçıların fotosunu paylaşıb.

Qeyd edək ki, müsabiqədə Ebru Gündeşin komandasından olan Ümid Ortacla Elnur Hüseynov yarışıb və müğənni Gündeş yarışa həmyerlimizlə davam etməyə qərar verib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR