Türkiyədə etirazlar

Türkiyədə etirazlar
03:46 31 Dekabr 2014
84 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə yenidən toqquşmalar baş verib.

ANS PRESS-in məlumatına görə, ötən gün gecə saatlarında Şırnak vilayətinin Silopi rayonunda bir qrup aksiyaçı Cizrədəki PKK-çılarla Hür Dava Partiyasının kürd fəalları arasında baş verən toqquşmaları bəhanə edərək etiraz çıxışları ediblər.

Etirazçılar Silopi rayonu Yaşıltəpə məhəlləsindəki yolu bir müddət bağlayıblar. Aksiya meydanına gələn polis qrupları “dağılın” komandası verib, lakin fəallar buna əhəmiyyət verməyib.

Polislər də onları dağıtmaq üçün bibər qazı və təzyiqli su ilə müdaxilə etməli olublar. Ara küçələrə qaçan etirazçılar “molotof kokteyli” ilə polisə qarşılıq veriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR