Lerikdə körpü istifadəyə verildi

Lerikdə körpü istifadəyə verildi
06:09 31 Dekabr 2014
135 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün Lerik rayonunun Veri və Tikəband kənd inzibati ərazi dairəsinin kəndlərinə gedən Piran-Veri avtomobil yolunun Davradibi çayı üzərində yeni inşa edilmiş körpü istifadəyə verilib. APA-nın məlumatına görə, tökmə dəmir-beton konstruksiyadan istifadə edilməklə uzunluğu 15, eni 4.5, hündürlüyü 3.5 metr olan yeni körpünün açılış mərasimində  Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov,  Milli Məclisin deputatı İqbal Məmmədov iştirak ediblər. Veri və Tikəband kənd inzibati  ərazi dairələrinə daxil olan 13 kəndin 7 mindən çox əhalisinin bu körpüdən yararlanacağı qeyd olunub.  

 

Yerli sakinlər körpünün tikintisində əməyi olan tikinti şirkətinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını çatdırıblar.

 

Milli Məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov rəmzi açılışı bildirən lenti kəsdikdən sonra körpü  əhalinin istifadəsinə verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR