Din dərsi keçən porno ulduz (FOTO)

Din dərsi keçən porno ulduz (FOTO)
06:36 31 Dekabr 2014
324 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyada din təbliği edən bir müəllimənin porno ulduz olduğu aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, İngiltərənin “Mirror” qəzeti Almaniyada katolik bir məktəbdə din dərsi keçən müəllimənin porno ulduz olduğu üçün vəzifəsindən uzaqlaşdırıldıı bildirilir. Bu barədə xəbəri, ilk olaraq Almaniyanın “Bild” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, dini məktəblərdən birində işləyən müəllimənin məktəbdənkənar fəaliyyətləri üzə çıxdığı üçün məktəb rəhbərliyi və məktəbin bağlı olduğu kilsə onun çıxarılması qərarını verib.

Porno aləmdə Culiya Pink adı ilə məşhur olan 38 yaşlı qadın 17 il həmin dini məktəbdə tədris fəaliyyətləri ilə məşğul olub. Lakin onun digər maraqlarının olması, işindən qovulmasına qədər gətirib çıxarıb. Qovulması qərarı ilə razılaşmayan Pink kilsəni məhkəməyə verib.

Məhkəmənin hansı qərarı verəcəyi hələlik məlum deyil.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR