Mətbəx sirləri: "Tac" - FOTO

Mətbəx sirləri: "Tac" - FOTO
07:05 31 Dekabr 2014
172 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az Stalik Xankişiyevin bloquna istinadən qoyun qabırğasından tac görünüşlü təamın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:


Qoyun qabırğası
Düyü
Kişmiş (ağ-qara)
Fıstıq
Ərik qurusu
Alça
Şabalıd (qoz)
Baş soğan
Sarımsaq
Zəncəfil
Darçın
Hil
Şəkər tozu



Qoyun qabırğasını şəkildəki kimi hər qabırğanın arasını həm boyun, həm də qarın hissədən bıçaqla kəsin. 



Duzlayıb-istiotlayın, şəkildəki kimi bükün. Soğanı iri doğrayıb tavaya yığın, qabırğanı üstünə qoyun, bir qədər də su tökün ki, buxarı çıxsın.



Bunun üzərini örtmək lazımdır, uzun bir qazanı üstdən keçirin. Əvvəlcə iti ocağın üstünə qoyun, içindəki su qaynamağa başlayandan sonra isə ocağı azaldın, hətta tavanın altına dəmir, yaxud başqa köhnə bir tava qoyun.
 


2-3 saatdan sonra ətrindən biləcəksiniz ki, qazandakı qoyun əti, demək olar ki, hazırdır. Bulyonu süzün, əti soyudun.



Əgər qabırğaların qlamur kitablardakı şəkillərdəki kimi açıq qalmasını istəyirsinizsə, onları əvvəlcədən qarın hissəyə yaxın yerdən kəsməliydiniz.

Ətin bulyonunu quru meyvələrin (ərik, alça) üzərinə çıxanadək tökün, darçın çubuğu, 1 ç.q. şəkər tozu, bir neçə hil əlavə edin.
 


Quru meyvələr bişəndən sonra darçın çubuğunu çıxarın, alçanın dənələrini çıxarın, kütləni blenderdə çəkin. Çox quru alınsa, bulyon əlavə edin.



Bir baş soğanı, yarım diş sarımsağı, bir parça zəncəfili (yumurta boyda) doğrayın. Acı istiotun qədərini zövqə görə seçin - əgər bir istiot, üstəlik, dənəsiz, götürsəniz, o heç uşağa da acı gəlməyəcək.


 
Soğanı, sarımsağı, zəncəfili, istiotu az yağda qovurun, sonra meyvə pastası ilə qarışdırın.



Qoyun ətini 210 dərəcə qızdırılmış sobada bişirin. Nəzərə alın ki, belə yüksək temperaturda artıq buxarda bişirilmiş ət çox tez qızaracaq - 10-15 dəqiqəyə. Yəni çalışın ki, sümüklər yanıq iyi verməsin.



Kişmiş və fıstığı iki xörək qaşığı ərinmiş yağda qovurun.



Çalışın, kişmiş yanmasın, tavanı qaldırın, sonra yenə ocağa yaxınlaşdırın. Kişmişlər şişir, sonra yenə büzüşür - yağ onların ətrini alır, kişmişlə  fıstıq da daha dadlı olur.



Meyvəli pastanı ətin üzərinə bərabər qaydada çəkin.



Təmizlənmiş şabalıdı (yaxud qozu), qovurduğunuz quru meyvələrlə fıstığı pastaya "yapışdırın". Artıq qalanları "tac"ın qırağına düzün.



Süfrəyə verməzdən öncə "tac"ı 150-160 dərəcə qızdırılmış sobada qızdırın.

"Tac" asanlıqla bölünür. Onu süfrəyə plovla, yaxud kus-kusla vermək olar.



Nuş olsun!

Bayramınız mübarək!

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR