ABŞ-da 2 yaşlı uşaq anasını güllələdi

ABŞ-da 2 yaşlı uşaq anasını güllələdi
09:37 31 Dekabr 2014
84 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, 29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib. İnsident Heyden şəhərində qeydə alınıb.
 
Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb. Aldığı ağır güllə yarasından qadın hadisə yerində keçinib.
 
İnsident səbəbindən dükan müvəqqəti bağlanıb, hadisə yerinə polis cəlb olunub.
 
Milli.Az
 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR