Navalnıya oxunan hökm etiraza səbəb oldu

Navalnıya oxunan hökm etiraza səbəb oldu
10:05 31 Dekabr 2014
102 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada müxalifət liderlərindən biri Aleksey Navalnıya qarşı oxunan həbs hökmü etirazlara səbəb olub.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Navalnı tərəfdarları paytaxt Moskvada “Qızıl Meydan”da aksiya keçiriblər. Aksiyaya 7 minə yaxın fəal qatılıb. Aksiya zamanı etirazçılar “Navalnıya azadlıq”, “Putin rədd ol” şüarları ilə çıxışlar ediblər. Axşam saatlarında Navalnı özü də ev həbsinə məhəl qoymaraq aksiyaya qatılıb. Navalnı çıxışı zamanı daha çox qardaşına qarşı verilən həbs cəzasına qəzəbini bildirib.
 
“Utanmırsız? Nəyə görə mənim qardaşımı həbs edirsiz? Mənim cəzamı daha da ağırlaşdırmaq üçün? Necə də iyrəncdir!”.
 
Təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxiləsi isə, gərginliklə yadda qalıb. Polis ona müqavimət göstərən 170-ə yaxın aksiyaçısını, eyni zamanda, Navalnını həbs edib.
 
Aleksey Navalnı və onun qardaşı Oleq Navalnı “İv Roşe Vostok” şirkətindən 26 milyon rubl, “Çoxprofilli prosessinq şirkəti”ndən isə 4 milyon rubl mənimsəməkdə ittiham edilirlər. Zamoskvoreçye məhkəməsi qardaşların hər birinə 3 il yarım həbs cəzası verib. Aleksey Navalnı şərti həbs, qardaşı isə həqiqi həbs cəzası alıb.
 
Müxalifət lideri Aleksey Navalnı istintaq işi ilə əlaqədar bu ilin fevralından bəri ev həbsində idi. Navalnı ona qarşı qaldırılan iddiaları “saxta və siyasi motivli” olduğunu iddia edir.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR