Azərbaycanda 6 yeni həbsxana tikilir

Azərbaycanda 6 yeni həbsxana tikilir
10:12 31 Dekabr 2014
131 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hazırda Azərbaycanın bölgələrində 6 yeni cəzaçəkmə müəssisəsi tikilir. Bunlar məhkumların saxlanma şəraitinin yaxşılaşması və cəzalarının regionlarda, yaşadıqları yerə yaxın yerlərdə çəkməsi üçün tikilir.
 
Bu sözləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə müsahibəsində deyib.
 
H.Əlixanov məlumat verib ki, bu ilin dekabrın 29-da Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxılaraq növbəti əfv Sərəncamı imzalayıb. Humanizm prinsiplərinə əsaslanan Sərəncam 87 məhkuma şamil edilib. Bu zaman məhkumların ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınıb.
 
H.Əlixanov deyib ki, Azərbaycanda əfv sərəncamları 1995-ci ildən tətbiq edilir və bu günədək 6025 məhkuma şamil olunub.
 
1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv sərəncamı imzalanıb və həmin dövr ərzində 3 minə yaxın məhkum əfv olunub.
 
2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 2923 nəfər məhkuma tətbiq olunub. Onlar azadlığa çıxıb, ailələrinə və yaxınlarına qovuşublar.
 
Əfv sərəncamlarının mahiyyəti ondan ibarətdir ki, onun hazırlanması üçün müvafiq əfv komissiyası fəaliyyət göstərir. Bu komissiya 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb. Rəis müavini komissiya üzvlərinin bütün müraciətlərə baxaraq süzgəcdən keçirdiyini və yalnız əfvə layiq adamların məhkumluqdan azad edilməsi barədə rəy verildiyini vurğulayıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/56379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR