Fələstin qətnaməsi qəbul olunmadı

Fələstin qətnaməsi qəbul olunmadı
10:17 31 Dekabr 2014
84 Dünya
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurası Fələstin məsələsinə dair qətnamə layihəsini qəbul etməyib.
 
İclasda sənədin qəbulunu təmin edəcək 9 səs toplamaq mümkün olmayıb.
 
Qətnamə layihəsini Rusiya daxil olmaqla yalnız 8 dövlət dəstəkləyib, əleyhinə iki dövlət – ABŞ və Avstraliya çıxış edib. Daha beş ölkə bitərəf qalıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, sənəd müstəqil Fələstin Dövlətinin yaradılmasını və Fələstin-İsrail münaqişəsinin tam nizamlanması üçün 12 ay müddət nəzərdə tutur. Qətnamə layihəsi həmçinin Fələstin Dövlətinin suverenliyinin təminatçısı olacaq “üçüncü tərəfin” nəzarəti altında 2017-ci ilin sonunadək İsrail qoşunlarının Fələstin ərazilərindən çıxarılmasını nəzərdə tutur.
 
Bundan başqa, sənəddə Şərqi Qüds də daxil olmaqla İsrailin 1967-ci ildən bu vaxtadək nəzarətinə keçmiş Fələstin torpaqlarında məskunlaşdırılma fəaliyyətinə tamamilə son qoymasının vacibliyi qeyd edilib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/56651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR