Rusiyada 14 şəhərdə "bomba"

Rusiyada 14 şəhərdə "bomba"
10:47 31 Dekabr 2014
102 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya polisinin növbətçi hissəsinə yarım saat ərzində paytaxt Moskva da daxil olmaqla ölkənin 14 şəhərində vağzala bomba qoyulması barədə məlumat daxil olub.
 
APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”-yə Moskvanın hüquq-mühafizə qurumlarındakı mənbə bildirib.
 
“Saat 18.55-dən 19.30-dək (Bakı vaxtı ilə 19.55-dən 20.30-dək) “02” xidmətinə Moskva, Samara, Orenburq, Omsk, Nijni Novqorod, Penza, Novosibirsk və Kazan daxil olmaqla Rusiyanın 14 şəhərində vağzala bomba qoyulması barədə məlumat daxil olub”, deyə mənbə bildirib.
 
“Zənglər, əsasən, Ukraynadan daxil olub. Söhbət dəmiryolu vağzallarından gedir. Moskvadakı Leninqrad dəmiryolu vağzalında yoxlama aparılır”, deyə mənbə əlavə edib.
 
Son məlumata görə, hüquq mühafizə orqanları vağzallarda partladıcı qurğu aşkar etməyib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/56604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR