Dəhşət: 2 yaşlı uşaq anasını öldürdü

Dəhşət: 2 yaşlı uşaq anasını öldürdü
11:01 31 Dekabr 2014
193 Sosial
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) iki yaşlı bir uşaq təsadüfən öz anasını güllələyib.

ANS PRESS-n məlumatına görə, ABŞ-ıb Aydaho satin Heyden şəhərində yerləşən Volmart super-marketində 29 yaşlı qadın dörd övladı ilə alış-veriş edərkən 2 yaşlı övladı onun əl çantasında saxladığı tapançanı çıxararaq anasına doğru tutub və atəş açıb.

Qadın aldığı ağır güllə yarasından elə yerindəcə dünyasını dəyişib.

Hadisədən sonra super-marketdə çaxnaşma yaşanıb və mühafizəçilər və polislər içəridəkiləri bayıra çıxararaq bir müddət bağlı saxlayıblar. Uşağın qadının bədəninin hansı hissəsinə atəş açdığı bildirilmir.

Kuteney dairəsi polis şefi isə açıqlamasında bildirib ki, hələlik hadisə barəsində araşdırma aparılır və atəşin həqiqətənmi uşaq tərəfindən edildiyi dəqiq deyil.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR