Kamal Abdulla: Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib

Kamal Abdulla: Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib
15:13 9 Fevral 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin millətlərarası, multukulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fevralın 8-fən fəaliyyətə başlayan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbininn iştirakçıları ilə görüşündə deyib.

2016-cı ilin Azərbaycanda "Multukulturalizm ili" elan edildiyini deyən K.Abdulla bildirib ki, bu il elan edilərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanıb.

K.Abdulla qeyd edib ki, 2015-ci ilin yaz və payız semestrlərində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı qış məktəbijin iştirakçılarının Azərbaycan haqqında nəzəri bilikləri olub: "Bu nəzəri biliklərə ciddi əlavələr etmək lazımdır. Biz çalışmalıyıq ki, Azərbaycana olan maraq məhəbbətə çevrilsin".

Tədbirdə dövlət müşaviri "Azərbaycan multukulturalizimijin ədəbi-bədii qaynaqları" kitabı haqqında məlumat verib. O, bu nəşrin "Azərbaycan multukuralizmin qaynaqlatı" seriyadından ilk kitab olduğunu deyib. K.Abdulla qeyd edib ki, bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində yazıb-yaradan sənətkarlarının əsərlərində öz əküini tapan multukultural dəyərlər toplanılıb, onlatın yaradıçılığı tamamilə yeni rakusrsdan təqdim edilib.

Qeyd edək ki, fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.
Bakı Multikulturalizm Mərkəzinin qış məktəbinə Azərbatcanla yanaşı, Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərinin tələbələri və xarici mütəxəssislər qatılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2492089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR