Dövlət Gömrük Komitəsi Sumqayıtda külli miqdarda yaylım fişəngləri, pirotexniki  və tezalışan mallar aşkar edib

11:42 31 Dekabr 2014
76 Digər
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 11:39 ]

Bakı-APA. Dövlət Gömrük Komitəsi (DGK) Sumqayıtda yaylım fişəngləri, pirotexniki  və tezalışan mallar aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.

 

DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə,  komitənin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən bir sıra ticarət obyektlərindən  külli miqdarda, ümumi sayı 400 000 ədəd müxtəlif markalı yaylım fişəngləri, pirotexniki  və tezalışan mallar aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Məlumatda bildirilib ki,  faktla bağlı komitənin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR