Türkiyə ordusu hərəkətə keçdi

Türkiyə ordusu hərəkətə keçdi
11:51 31 Dekabr 2014
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnaq vilayətində hərbi fəallıq müşahidə olunub. Ötən gün hökumət Cizrə rayonuna ağır hərbi texnika yeridib. Rəsmilər hərbi fəallıqla əlaqədar konkret bir səbəb açıqlamayıblar.

Bir qədər əvvəl Cizrə rayonunda müxalif fikirli qrupların qarşıdurması zamanı 3 nəfər ölmüşdü. Zorakılıqlarla əlaqədar bölgədə gərginlik yenidən artıb.

Hökumət regionda vəziyyətin xüsui qruplar tərəfindən qəsdlə gərginləşdirildiyini iddia edir. Bununla belə, rəsmi Ankara kürdlərlə barışıq prosesinin bütün əngəllərə baxmayaraq, davam etdiriləcəyini açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=317293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR