Bayramın əsas qəhrəmanları

Bayramın əsas qəhrəmanları
12:11 31 Dekabr 2014
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlişini bayram edir.

ANS PRESS bu bayram günlərində iş başında olan və millətimizə xidmət edən bütün həmvətənlərimizi bayram münasibəti ilə təbrik edir! Qoy Tanrı sizə qarşıdan gələn 2015-ci ildə xoşbəxtlik bəxş etsin!

İlk öncə Vətən sərhədlərində keşik çəkən, düşmənlə üz-üzə olan əsgərlərimizi - igid Mübarizi örnək almış mübariz oğullarımızı təbrik edirik!

Xalqımıza əmin-amanlıq bəxş edən, öz postlarında layiqincə xidmətini yerinə yetirən igid Azərbaycan polisinin də bayramı mübarək olsun!

Bu bayram günlərində yatmayıb Vətən övladlarının sağlamılığının qayğısına qalan səhiyyə işçilərini, xüsusilə də xəstəxanaların və Təcili Yardımın növbəyə çıxan əməkdaşlarını təbrik edirik! Tanrı onlara bu müqəddəs işdə yar olsun!

Gecə-gündüz yatmayıb ölkə sakinlərinin arasında əlaqə yaradan rabitə işçilərini də təbrik edirik! Qoy bu bayram günü telefonlarımız susmasın, analar oğullarını, atalar qızlarını, qardaşlar bacılarını arayaraq Yeni il arzularını bəxş etsin.

Gecəyə-gündüzə, yağmura-qara, istiyə-soyuğa baxmadan yolların bağrına körpü salan nəqliyyat işçilərini də təbrik edirik! Qoy anaların - ataların yollara dikilərək oğul gözləyən gözləri yaş görməsin!

Sutkanın hər dəqiqəsi bizlərə rahatlıq və ocağımıza istilik bəxş edən kommunikasiya sektoru işçilərini - qaz, elektrik və su təchizatı sahəsində işləyənləri təbrik edirik! Onların zəhməti şərəfli və əziyyətlidir. Qoy Tanrı onların zəhmətini böyük qiymətləndirsin!

Ən nəhayət bu bayram günlərində yatmayıb çalışan, xalqa gözəl əyləncə və xəbər proqramları, məqalələr və xəbərlər bəxş edən televiziya işçilərini, qəzet və portalların əməkdaşlarını, ümumiyyətlə bütün jurnalistləri təbrik edirik!

Qoy Azərbaycanın bayrağı uca, səması açıq olsun!

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR