Kimsəsiz uşaqları sevindirdilər

Kimsəsiz uşaqları sevindirdilər
12:22 31 Dekabr 2014
132 Sosial
Ölkə mətbuatı
A- A+

Şəki şəhər Qarışıq Tipli Uşaq Evində kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram şənliyi təşkil olunub. Musiqi sədaları altında rəqs edən uşaqlar doyunca əylənib, şənləniblər. Şeirlər səsləndirilib, maraqlı viktorinalar təşkil olunub. Uşaqlara bayram hədiyyələri təqdim olunub.
 
Milli.Az Kanal S-ə istinadən bildirir ki, bayram tədbirini təşkil edənlər belə bir gündə kimsəsiz uşaqların yanında olmaqdan qürur hissi keçirdiklərini bildiriblər. Balacalar üçün açılan bayram süfrəsi də onların ürəyincə olub. Növbənöv yeməklər, bayram şirniyyatlarından dadan körpələrin sevincinin həddi-hüdudu yox idi.

Onlara göstərilən bu diqqət və qayğıya görə özlərinin tənha, kimsəsiz olduqlarını bir anlıq unudan körpələr əsl bayram əhval-ruhiyyəsi yaşayırdılar.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/55985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR