2014-cü ildə Aranda hansı işlər görüldü?

2014-cü ildə Aranda hansı işlər görüldü?
12:22 31 Dekabr 2014
110 Digər
Ölkə mətbuatı
A- A+

Yola saldığımız 2014-cü il Mərkəzi Aran və Aran Qarabağ bölgəsində də əsaslı infrastruktur layihələrinin icrası, zavod və fabriklərin, məktəb və uşaq bağçalarının, yeni yolların istifadəyə verilməsi, kəndlərin qazlaşdırılması və digər bu kimi işlərlə yadda qalıb. MILLI.az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, 2014-cü ildə Ağdaşda yem və meyvə emalı zavodları, Füzulidə tikiş fabriki istifadəyə verilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması çərçivəsində Ağdamda 632 məcburi köçkün ailəsi üçün qəsəbə istifadəyə verilib.
 
Milli.Az ElTV-yə istinadən bildirir ki, yola saldığımız il yeni məktəb və uşaq bağçalarının açılışları ilə də yadda qalıb. Bu müddətdə Hacıqabulda 4, Yevlax və Ağsunun hər birində 3, Ağdam, İmişli, Göyçay, Saatlı və Kürdəmirin hər birində 2 məktəb, Ağdam, Füzuli. Beyləqan və İmişli rayonlarının hər birində 1 uşaq bağçası istifadəyə verilib.
 
Yeni açılan avtomobil yolları da əhalinin gediş-gəlişini rahatlaşdırıb. Yevlaxda 25,5 kilometr uzunluğundakı Səmədabad-Qaramanlı-Qaraməmmədli-Göyük avtomobil yolunun tikilən 19,5 kilometrlik hissəsindən əhali yararlanmağa başlayıb. Kürdəmirdə 15 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirən Mollakənd-Axtaçı yolunun, eləcə də Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin və yolun Şirvan şəhəri ərazisində, Kür çayı üzərində inşa edilən körpünün açılışı olub. Ağdamda 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi aparılıb. Füzulidə Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası, Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolları istifadəyə verilib.
 
Yaşayış məntəqələrinin qazlaşdırılması da görülən işlər sırasındadır. Bu il Sabirabadın Əhmədabad, Suqovuşan, Məmişlər, İmişlinin Ağaməmmədli, Bərdənin Şirvanlı və Körpüqıran kəndlərinə təbii qaz verilib. Ümumilikdə 2 min 171 abonent sayğacla təmin olunub.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR