Araz Ağalarov: “Kredit faizləri qalxsa...”

Araz Ağalarov: “Kredit faizləri qalxsa...”
12:37 31 Dekabr 2014
124 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada fəaliyyət göstərən azərbaycanlı milyarder Araz Ağalarov 2015-ci ildə bankların kredit faizlərini qaldıracağı halda ona məxsus “Crocus Group” şirkətinin tikinti layihələrini dayandıra biləcəyini deyib.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, “Crocus Group” hazırda “Krocus City”nin ərazisində dörd obyekt tikir. Bura iki “Manhetten” qülləsi, “Veqas-3” əyləncə mərkəzi və okeanarium daxildir. Bu tikinti layihələrini holdinq hələlik öz vəsaiti hesabına maliyyələşdirir. A.Ağalarov deyib ki, onlar layihələrə kreditlər cəlb etmək üçün banklarla danışıqlar aparırlar. Lakin Rusiyadakı iqtisadi vəziyyətə və rublun dəyərdən düşməsinə görə banklar kredit faizlərini qaldırıblar. “Əgər görsək ki, banklar faiz dərəcələrini 17 faizdən yuxarı qaldırıblar, o zaman kredit götürməkdən imtina edəcəyik və tikinti layihələrini donduracağıq”-Ağalarov bildirib.
 
İş adamı deyib ki, hələlik “Crocus Group”un kreditorları Rusiya Mərkəzi Bankının uçot dərəcələrini qaldırmasına görə şirkətə verdikləri kreditlərin faiz dərəcələrini artırmağa hazırlaşmır. Ağalarov bildirib ki, indiki iqtisadi situasiyada “Crocus Group” özü icarəçilərə güzəştə getməyə və ona məxsus obyektlərdə, ticarət mərkəzlərində icarə haqqını aşağı salmağa hazırdır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR