Sumqayıtda "partladan" əməliyyatı keçirildi

Sumqayıtda "partladan" əməliyyatı keçirildi
12:42 31 Dekabr 2014
117 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi (DGK) Sumqayıtda yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.
 
DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, komitənin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən bir sıra ticarət obyektlərindən külli miqdarda, ümumi sayı 400 000 ədəd müxtəlif markalı yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
Məlumatda bildirilib ki, faktla bağlı komitənin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/55598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR