Bakıda bu dükanlardan ehtiyatlanın - "QARA SİYAHI"

Bakıda bu dükanlardan ehtiyatlanın - "QARA SİYAHI"
12:47 31 Dekabr 2014
139 Sosial
Ölkə mətbuatı
A- A+

Nazirlik təhlükəli mal satan mağazaların siyahısını açıqladı
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mağazalarda yoxlama aparıb.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat veriblər.
 
Aparılan yoxlamalar zamanı mağazalarda istifadə müddəti tamamlanmış məhsulların satıldığı aşkarlanıb. Mağaza sahiblərinə qarşı cərimələr tətbiq edilib.
 
Nazirlik həmin mağazaların ünvanını təqdim edir:
 
Sabunçu rayonunda
 
- Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi ev, 13 ünvanında Nəbi Şirinova məxsus mağaza;
 
Binəqədi rayonunda
 
- Xutor sıraları, 2 ünvanında Yasin Əhmədova məxsus mağaza;
 
- 6-cı mikrorayon, 4a ünvanında Zeynəb Rəhimovaya məxsus mağaza;
 
Sumqayıt şəhərində
 
- 17-ci məhəllə, 46/3 ünvanında Təsil Mahmudova məxsus mağaza;
 
- Koroğlu prospektində Leyla Nəzərovaya məxsus mağaza;
 
Şəki şəhərində
 
- M.Müşfiq küçəsində Pünhan Əbdürrəhmanova məxsus mağaza;
 
Mingəçevir şəhərində
 
- Yeni Həyat qəsəbəsində Anar Umudəliyevə məxsus mağaza;
 
İsmayıllı şəhərində
 
- N.Səmədov küçəsində Asəf Atayevə məxsus mağaza;
 
Sumqayıt şəhərində
 
- "Şərq" bazarı ərazisində Süsanə Musayevaya məxsus mağaza;
 
Gəncə şəhərində
 
- Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda Səfayət Qurbanovaya və Eldəniz Mirzəyevə məxsus mağazalar;
 
Füzuli rayonunda
 
- Böyük Bəhmənli kəndində İsmayıl İmanova məxsus mağaza;
 
Xaçmaz şəhərində
 
- Atatürk küçəsində Əlihüseyn Rəsulova məxsus mağaza;
 
Quba şəhərində
 
- 22-ci məhəllədə Mahir Əsgərova məxsus mağaza;
 
Mingəçevir şəhərində
 
- M.Maqomayev küçəsi, 52 ünvanında İlqar Mayılova məxsus mağaza.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/315559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR