Türkiyədə yeni toqquşmalar

Türkiyədə yeni toqquşmalar
12:52 31 Dekabr 2014
78 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə yenidən toqquşmalar baş verib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, ötən gün gecə saatlarında Şırnak vilayətinin Silopi rayonunda bir qrup aksiyaçı Cizrədəki PKK-çılarla Hür Dava Partiyasının kürd fəalları arasında baş verən toqquşmaları bəhanə edərək etiraz çıxışları ediblər.
 
Etirazçılar Silopi rayonu Yaşıltəpə məhəlləsindəki yolu bir müddət bağlayıblar. Aksiya meydanına gələn polis qrupları “dağılın” komandası verib, lakin fəallar buna əhəmiyyət verməyib.
 
Polislər də onları dağıtmaq üçün bibər qazı və təzyiqli su ilə müdaxilə etməli olublar. Ara küçələrə qaçan etirazçılar “molotof kokteyli” ilə polisə qarşılıq veriblər.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR