İstanbulda dəniz reysləri təxirə salınıb

İstanbulda dəniz reysləri təxirə salınıb
13:05 31 Dekabr 2014
86 Dünya
Ölkə mətbuatı
A- A+

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda dəniz reysləri təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Anadolu Agentliyi xəbər yayıb.

Məlumata görə, reyslər İstanbul akvatoriyasında fırtına xəbərdarlığı və qar yağması ilə əlaqədar təxirə salınıb.

Əsasən dekabrın 31-nə planlaşdırılan reyslər təxirə düşüb. Reyslərin başqa günə keçirilməsi ilə əlaqədar hələlik hər hansı məlumat verilmir.

Bunda öncə, "Türk Hava Yolları" aviaşirkəti bir sıra reysləri təxirə salıb. Aviaşirkət, Budapeştə olan reysləri və altı daxili reysi ləğv edib. Şirkət həmçinin Antalya, Budapeşt, Zaqreb və Təl-Əviv reyslərini ləğv etmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR