Yeni ildə şampanı yox, savab işlərlə şeytanı partlatmaq lazımdır

Yeni ildə şampanı yox, savab işlərlə şeytanı partlatmaq lazımdır
13:37 31 Dekabr 2014
132 Sosial
Ölkə mətbuatı
A- A+

Son günlər sosial şəbəkələri bürüyən müzakirələr mövzularından biri də budur: “Yeni ili bayram etmək olarmı?”

Bu mövzunun ətrafında isə bəzi dindarlar cəhalətdən və ya qəsdən əməlli-başlı qırğına baş vurur. Ən yaxşı halda, biri deyir “olar”, biri isə deyir “olmaz”. Dava-dalaşa gedənləri isə vurğulamırıq.

Ümumiyyətlə, din mütəxəssisləri bildirir ki, dinimizin əsaslarına zidd olmayan mərasimlər günah deyil. Həmçinin təqvim ilinin dəyişməsi münasibətilə bu günü fərqli şəkildə yaşamaq olar. Təbii ki, Allah istəyən şəkildə – qohum-tanışları yoluxmaqla, umu-küsüləri kənara qoymaqla, qarşıdakı ilin proqramlarını cızmaqla və s. Yəni bu günlərdə şampanı partlatmaq yox, –savab işlər görməklə – şeytanı partlatmaq lazımdır. Bu günlərdə dinin qadağa etdiyi haram işlər bu təqvim bayramının mahiyyətinə də, imicinə də ləkə gətirir.

Əslində, “bayram” nə deməkdir?

Həzrət Əlidən (ə) gözəl kəlam var: “İnsanın günah etmədiyi gün onun üçün bayramdır”

Hədisdən də göründüyü kimi, insan üçün ən böyük bayram onun günah etmədiyi gündür. Beləliklə, aydın olur ki, əlamətdar günlər insan üçün fərqliliyinə görə xüsusiyyət kəsb edir. Yəni bu günləri sevinib, digər günləri sevinməmək mahiyyəti daşımır. Sadəcə, bu günlərdə xoş münasibəti daha da intensivləşdirmək lazımdır.

İslam.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR