Hollivud Yanukoviç barədə film çəkir

Hollivud Yanukoviç barədə film çəkir
14:01 31 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Hollivud rejissoru Oliver Stoun Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç barədə sənədli filmin üzərində işləyir.

ANS PRESS-in məlumatına görə, sənədli film Ukrayna istehsalı olsa da ingilis dilində səslənəcək.

Stoun öz "Facebook" səhifəsində “Mən Viktor Yanukoviçlə Moskvada Ukrayan istehsalı ingilis dilində olacaq sənədli film barədə dörd saat danışdım”,- deyə yazaraq “O (Yanukoviç) 22 fevrala kimi Ukraynanın legitim prezidenti olub. Detallar sənədli filmdə” sözlərini əlavə edib.

Qeyd edək ki, Stoun qalmaqallı siyasi mövzular barədə filmlər çəkən rejissor kimi tanınır. Onun qəhrəmanları arasında Riçard Nikson, Con Kennedi, kiçik Corc Buş da var. "Ria Novosti"nin "Pitin haqqında film çəkmək fikirləşmisinizmi?" sualına Snouden: “Yox biz Putin haqqında bədii film çəkmək planlaşdırmırıq, lakin amerikalıların eşitmək istəmədikləri mövqeləri göstərmək üçün məmnuniyyətlə ondan müsahibə alardım. Mən onun barədə sənədli film çəkmək istərdim”,- deyə cavab verib.

Qeyd edək ki, Ukraynada 22 fevralda dövlət çevrilişi baş verib. Hakimiyyətdən uzaqlaşdırılan Viktor Yanukopviç ölkəni tərk etmək məcburiyyətində qalıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=317297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR