“Bakı” İEM-də yanvarda 46,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib

“Bakı” İEM-də yanvarda 46,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
17:33 15 Fevral 2016
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 15 fevral, AZƏRTAC
Bakı İstilik Elektrik Mərkəzində (BİEM) cari ilin yanvar ayında 46,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, stansiyada 2 saylı qaz-turbin qurğusunda aparılan əsaslı təmir işləri, 1 saylı qaz-turbin qurğusunun isə təftişi başa çatdırılıb. Eyni zamanda, qaz-turbin qurğularının avadanlığında, mazut təsərrüfatının su, buxar və yanğın xətlərində, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Bununla yanaşı, 110 kV-lik yarımstansiyanın ərazisində müxtəlif təyinatlı təmir işləri aparılıb və transformator təftiş edilib, elektrik mühərriklərində və digər köməkçi avadanlıqda təmir işləri yerinə yetirilib.
Digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir.
“Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_IEM_de_yanvarda_469_milyon_kilovat_saatdan_artiq_elektrik_enerjisi_istehsal_edilib-927334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR