Astarada dəhşətli qəza

Astarada dəhşətli qəza
14:05 31 Dekabr 2014
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Astara rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə dekabrın 31-də saat 12.00 radələrində Ələt-Astara magistralının rayonun Pensər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Astara rayon sakini, 1992-ci il təvəllüdlü Emil İbadovun idarə etdiyi “VAZ-2106” markalı, 07-BF-619 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq, əvvəlcə yolun kənarındakı ağaca, daha sonra isə yolun kənarında dayanmış, Astara rayonu Siyəkü kənd sakini, 1976-cı il təvəllüdlü İlqar Əhmədova məxsus “QAZel” markalı, 07-BE-825 dövlət nömrə nişanlı yük maşınına çırpılıb.
 
Zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil iki yerə bölünüb.
 
Avtomobilin sürücüsü sağ baldır sümüyünün sınığı diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona burada müvafiq ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yola salınıb.
 
Qəza zamanı “QAZel” markalı maşına da ciddi ziyan dəyib.
 
İlkin versiya kimi, hadisənin “VAZ-2106” markalı minik avtomobilinin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Dəqiq səbəblər isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
 
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR