Bu gün İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümüdür

Bu gün İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümüdür
14:17 31 Dekabr 2014
117 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün, hicri qəməri tarixi ilə Rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) şəhadət günüdür.
 
Milli.Az islam.az-a istinadən bildirir ki, İmam (ə) hicri qəməri tarixi ilə 232-ci il Rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.
 
İmam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
 
O Həzrət (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.
 
İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.
 
Bü hüznlü, Həsən Əskərinin (ə) şəhadətə yetişdiyi gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/56169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR