Rəqibin məşqçisi gedəsi olmadı

Rəqibin məşqçisi gedəsi olmadı
15:27 31 Dekabr 2014
131 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkionu komandanın baş məşqçisi Antonio Kontenin "Skuadra Adzurra”nı tərk etməklə bağlı xəbərlərə münasibət bildirib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, sözügedən qurum rəhbəri bunları təkzib edib.
 
O bildirib ki, “Yuventus”un sabiq çalışdırıcısı ən azı komandanın “sükanı arxası”nda 2016-cı ilə qədər qalacaq: “Düzdü, mətbuatda Kontenin komandadan gedəcəyi yazılır. Amma Antonio yığmaya ən azı 2 il rəhbərlik edəcək”. Bunların hamısı yalnış informasiyadı”.
 
Qeyd edək ki, İtaliya millisi AVRO-2016-nın seçmə mərhəsi çərçivəsində Azərbaycan yığması ilə eyni qrupda yer alır. Palermoda keçən oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/55239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR