İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verdi

İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verdi
16:08 31 Dekabr 2014
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

Başsağlığında deyilir: "“AirAsia” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR