4 özəl klinikanın lisenziyası ləğv olundu

4 özəl klinikanın lisenziyası ləğv olundu
16:12 31 Dekabr 2014
146 Sosial
Ölkə mətbuatı
A- A+

2014-cü il ərzində Səhiyyə Nazirliyinin keçirdiyi yoxlamalar nəticəsində özəl klinikalarda 88 qanunsuzluq faktı aşkarlanıb.
 
Milli.Az AzərTAc-a istinadla xəbər verir ki, qanunsuzluq faktlarına görə nazirlik 75 cərimə faktı tətbiq edib, 5 klinikanın lisenziyasının fəaliyyəti dayandırılıb, 4 klinikanın lisenziyası isə ləğv edilib.
 
İlin yekunu ilə bağlı Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun açıqladığı rəsmi statistida 19 mindən artıq müraciətə baxıldığı, “Qaynar xətt”inə daxil olmuş 528 məlumatın araşdırıldığı da bildirilib.
 
Xatırladaq ki, Azərbaycanda həkim məsuliyyətsizliyi nəticəsində baş verən ölüm halları və buna qarşı görülən tədbirlər barədə G.Poladov heç bir açıqlama verməyib. Çünki Səhiyyə Nazirliyi ölüm faktlarına görə yalnız Baş Prokurorluğun cinayət işi qaldırmasını və araşdırmalardan sonra məhkəmənin qərar verməsini gözləyir. Buna qədər isə məsiliyyətsizlik edən həkimlərlə bağlı heç bir iş görmür, hətta onların fəaliyyəti belə məhdudlaşdırılmır.
 
Baş Prokurorluğun apardığı araşdırmanın əsasını isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ekspertlərinin verdiyi rəy təşkil edir. Səhiyyə Nazirliyinə tabe olan bu qurum bütün hallarda həkim səhlənkarlığını ört-basdır etməklə məşğul olduğundan, hüquq-mühafizə orqanları da həkim terroruna qarşı mübarizə aparmaq imkanlarını itirirlər.
 
Xüsusi olaraq vurğulayaq ki, Səhiyyə Nazirliyinin yaratdığı “Qaynar xətt”in necə bərbad çalışdığı və müraciətləri araşdırmadığı daim medianın gündəmində olsa da, nazirlik rəsmiləri hələ də bu sahədə dəyişiklik etməyə tələsmirlər.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR