Onlar 1200 yaraqlı öldürdülər

Onlar 1200 yaraqlı öldürdülər
16:32 31 Dekabr 2014
129 Sosial
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən təhlükəli və ən məxfi antiterror bölməsi bir ildə dünyanın ən müxtəlif nöqtələrində 1200-ə qədər yaraqlını məhv edib, 4 minə qədərini əsir alıb.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, kod adı “361st Intelligence, Surveillance and Reconnaissance Group” olan yüksək dərəcəli məxfi bölmə haqda İtaliyanın “Corriere della Sera” qəzeti yazır.
 
Bu xüsusi təyinatlı məxfi bölmə Amerikanın xüsusi təyinatlı qüvvələrinə dəstək verir və ən təhlükəli bölmədir.
 
Pentaqondan alınan məlumata əsasən bölmə 2012-ci ildə 1200 real və ya ehtimal olunan terrorçunu məhv edib, 3980 nəfərini ələ keçirib.
 
Bölmə məşhur “Hulburt Field”də dislokasiya olunub və Pentaqonun ehtiyacları əsasında təchiz edilmiş kiçik “U28” və “Mc12” təyyarələrində hərəkət edir, qlobal səviyyədə fəaliyyət göstərir. 
 
Bölmənin hərbçiləri Əfqanıstandan tutmuş Afrikaya qədər ekstremist qrupların hərəkətini izləyir, əldə olunan məlumatları xüsusi texnika ilə monitorinq edir. Mütəxəssislər məlumatları toplayır, telefon danışıqlarını qeydə alır, casusluq edir, pilotsuz kəşfiyyat təyyarələrindən online rejimdə alınan videoları analiz edir, müxtəlif qruplaşmaların mümkün hərəkət marşrutlarını cızır.
 
Bu məlumatlar əsasında məxfi bölmənin döyüşçüləri terrorçu qruplaşmaların liderlərini axtarıb tapır və məhv edir.
 
Məxfi bölmə hələ II dünya müharibəsi dövründə yaradılıb. Hazırda onun hədəfi Somali terrorçuları, talibançılar, İŞİD yaraqlıları, Afrikanın mərkəzində fəaliyyət göstərən qiyamçılar və digərləridir.
 
Bölmənin əməkdaşları terrorçuları həm özləri məhv edir, həm əldə edilən məlumatları Mərkəzi Kəşfiyyat İdarəsinin pilotsuz təyyarələrinə və ya kommandoslara ötürür.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR