Jurnalistlər üçün ən təhlükəli ölkə bilindi

Jurnalistlər üçün ən təhlükəli ölkə bilindi
16:37 31 Dekabr 2014
112 Dünya
Ölkə mətbuatı
A- A+

2014-cü ilin nəticələrinə görə, Pakistan jurnalistlər üçün ən təhlükəli ölkə olub.
 
AzərTAc TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumat Beynəlxalq Jurnalistlər Federasiyasının hesabatında yer alıb. Ötən il Pakistanda 14 jurnalist öldürülüb. Reytinqdə ikinci yeri Suriya tutur. Bu ölkədə vəzifə borcunu yerinə yetirən 12 jurnalist həlak olub. Üçüncü pillədə Əfqanıstan və Fələstin qərarlaşıb. Bu ölkələrin hər birində 9 jurnalist öldürülüb. Dördüncü yerdə İraq və Ukraynadır. Bu ölkələrin hərəsində isə 8 jurnalist həyatını itirib.
 
Təşkilatın hesabatına əsasən, ümumilikdə 2014-cü ildə 118 KİV işçisi öldürülüb. Ekspertlər bu peşə sahiblərinin ölüm hallarının artdığını bildirirlər. Belə ki, 2013-cü ildə bu rəqəm 105 olmuşdu.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/55073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR