Müdafiə naziri və nazirliyin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub - FOTO

Müdafiə naziri və nazirliyin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub - FOTO
16:57 31 Dekabr 2014
165 Sosial
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 16:55 ]

Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

 

APA-nın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, Nazirliyin rəhbər heyəti Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyaraq, ehtiramlarını ifadə ediblər.

 

Hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıqdan sonra, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib.

 

Müdafiə naziri və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayramlar münasibəti ilə təbrik edib.

 

Müalicə alan hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib və tezliklə sağalıb Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında yeni uğurlar qazanmaq əzmində olduqlarını ifadə ediblər.

 

Sonda müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR