Azərbaycanlı milyarder köçür

Azərbaycanlı milyarder köçür
16:57 31 Dekabr 2014
118 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə iş adamı Rza Zərraba məxsus şirkətlər İstanbulun Karaköy Fındıklı səmtində yerləşən yeni binaya köçüb.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, “Royal Holding”, “Royal Denizcilik”, “Royal Binicilik”, “Are Aviasiya” və “Safir Altın” şirkətləri əvvəlllər ayrı-ayrı ünvanlarda yerləşirdilər.
 
Türkiyəli jurnalist Çiğdem Toker bu məsələyə ayrıca məqalə həsr edərək qeyd edib ki, Rza Zərrabın adı təkcə Türkiyə Respublikası tarixinin ən böyük korrupsiya əməliyyatında keçməklə qalmır. “Çox partiyalı sistemə keçdikdən sonra ən uzun ömürlü iqtidarın güc ortağlığındakı ən böyük parçalanma da onun adı ilə bağlıdır”,- deyə jurnalist vurğulayır.
 
Çiğdem Toker daha sonra qeyd edir: “Sistemin silkələnən bünövrəsini önünə salıb sürüyən böyük zəlzələ bütün il boyu davam etdi. Üç nazir onun adı ilə bağlı əməliyyat üzündən istefa verdi. 33 vilayətdə yüzlərlə polis vəzifəsindən çıxarıldı, yeri dəyişdirildi, polisdən uzaqlaşdırıldı, həbs edildi”,- deyə jurnalist vurğulayır.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR