Samuxda mağaza yandı

Samuxda mağaza yandı
17:41 31 Dekabr 2014
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Samux rayonunun Əhmədbəyli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan mağazanın yanar konstruksiyaları, mağazanın içərisində olan 500 kq un və 400 kq yem yanıb.

ANS PRESS-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər tərəfindən mağazanın içərisində olan hər biri 20 litr olan 14 ədəd boş yanacaq çəlləyi və həcmi 200 litr olan yağ çəlləyi təhlükəsiz əraziyə çıxarılıb.

Mağazanın qalan hissəsi və bitişik ümumi sahəsi 36 kv.m olan tövlə yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR