Samuxda mağaza yanıb

Samuxda mağaza yanıb
17:47 31 Dekabr 2014
102 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Samux rayonu, Əhmədbəyli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan mağazanın yanar konstruksiyaları, mağazanın içərisində olan 500 kq un və 400 kq yem yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mağazanın içərisində olan hər biri 20 litr olan 14 ədəd boş yanacaq çəlləkləri və həcmi 200 litr olan yağ çəlləyi təhlükəsiz əraziyə çıxarılıb. Mağazanın qalan hissəsi və bitişik ümumi sahəsi 36 kv.m olan tövlə yanğından mühafizə olunmuşdur.

Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR