Türkiyə qara təslim oldu (VİDEO)

Türkiyə qara təslim oldu (VİDEO)
17:56 31 Dekabr 2014
184 Dünya
Ölkə mətbuatı
A- A+

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda dəniz reysləri təxirə salınıb.

ANS PRESS-in məlumatına görə, reyslər İstanbul akvatoriyasında fırtına xəbərdarlığı və qar yağması ilə əlaqədar təxirə salınıb.

Əsasən dekabrın 31-nə planlaşdırılan reyslər təxirə düşüb. Reyslərin başqa günə keçirilməsi ilə əlaqədar hələlik hər hansı məlumat verilmir.

Bundan öncə, "Türk Hava Yolları" aviaşirkəti bir sıra reysləri təxirə salıb. Aviaşirkət, Budapeştə olan reysləri və altı daxili reysi ləğv edib. Şirkət həmçinin Antalya, Budapeşt, Zaqreb və Təl-Əviv reyslərini ləğv etmişdi.

Yağan güclü qar Türkiyənin bir çox bölgələrində elektrik enerjisinin verilməsində problemlər yaradıb. Həmçinin yollar bağlanıb. Pis hava şəraiti səbəbindən məktəblərdə tətil elan olunub.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR