Hazırda Birləşmiş Ştatlarda 1956-cı ilin çox nadir Chevrolet Corvette SR-2 modeli satılır. Modelin qiyməti hətta ən zəngin adamları belə qorxuda bilər. Bir avtomobil üçün 6 885 000 dollar ödəmək hər kəsin cəsarət edə biləcəyi iş deyil.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, satışa çıxarılan Chevrolet Corvette SR-2 avtomobilini 12-14 yanvarda Scottsdale Sport & Classic Autocars dəbdəbəli avtomobillərin satış salonunda görmək mümkün olacaq.
Chevrolet Corvette SR-2 ilk yarış Corvette avtomobili sayılır. 331 at gücünə sahib avtomobil Sebring Corvette şassisi, yüksək göstəricili əyləc sistemi və xüsusi yarış asqısı əldə edib.
Milli.Az







