Təranə Qumral və Nazəninin məhkəməsi - SON DURUM

Təranə Qumral və Nazəninin məhkəməsi - SON DURUM
19:05 31 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Müğənnilər Təranə Qumral və Nazəninin məhkəmə prosesinin növbəti mərhələsi başa çatıb.
 
Milli.Az ATVxəbər.az-a istinadən bildirir ki, proseslə bağlı Təranə Qumralın (İbrahimova Təranə Xeyrulla qızının) nümayəndəsi Vüqar Səfərli ətraflı məlumat verib:
 
"2014-cü il 26 dekabr tarixində Xətai rayon məhkəməsində hakim Raziyə Ataşovanın sədrliyi ilə ilkin iddia ərizəsi üzrə iddiaçılar İbrahimova Təranə Xeyrulla qızı və Musavayev Musa İnqilab oğlunun cavabdehlər Salayeva Nazənin Rəhim qızı və onun köməkçisi Abbasov Pərviz Sakit oğluna qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş zərərin əvəzinin verilməsi tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçılar Salayeva Nazənin Rəhim qızı və Abbasov Pərviz Sakit oğlunun cavabdeh Təranə İbrahimovaya qarşı yuxarıda qeyd olunan tələbə dair növbəti məhkəmə prosesi keçirilmişdir.

Verlişlərin birində canlı telefon bağlantısı ilə efirə qoşularaq İbrahimova Təranənin ünvanına "Səni ərimlə tutumuşam" şərəf və ləyaqəti alçaldan ifadəsininin guya sübuta yetirmək üçün, daha öncəki məhkəmə prosesində Salayeva Nazəninin vəkili Adəm Məmmədov Nazəninin həyat yoldaşı olduğunu iddia etdiyi Həsənov Əmirxan oğlunun şahid qismində ifadə verməsini məhkəmədən xahiş etmiş və məhkəmə prosesində şahid ifadə vermişdir.

Şahidin ifadəsində Təranə xanımla görüşlərini qeyd etdiyi tarixlər, onun Salayeva Nazəninlə birgə nigah dövrünə təsadüf etmədiyindən vəsatət qaldıraraq məhkəmədən şahidin ifadələrinin sübut kimi qiymətləndirilməməsini istəmişəm. Bundan basqa qarşılıqlı iddiaların yəni, Salayeva Nazənin və Abbasov Pərvizin iddasına əsaslandırılmış etiraz məhkəməyə təqdim olunub.

Bu məsələ üzrə məhkəmənin yekun qərarını gözləyirik. Digər tərəfdən bildirmək istəyirəm ki, istənilən halda bizim iddiamız mülki iddiadır. Xüsusi ittiaham qaydasında baxılan iş deyil. İstənilən halda Salayeva Nazənin Təranə xanımın ünvanına dediyi sözügeden nüfuzdan salıcı ifadə Təranə xanımın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməyə yönəlmişdir və heç bir halda həqiqəti əks etdirmir.

Qarşı tərəfin vəkili Adəm Məmmədovun vəsatəti əsasında məhkəmədə şahid qismində ifadə vermiş Məhəbbət Hüseynovun ifadəsinin araşdırılması üçün vəsatət verilmişdir. Məhkəmə tərəfindən sorğu göndəriləcək. Məhkəmənin 26 dekabr 2014-cü il tarixli qərarı ilə iş ekspertizaya göndərilib və ekspert rəyi hazır olanadək, qeyri-müəyyən vaxta kimi təxirə salınıb".
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR