Minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni SİYAHISI

Minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni SİYAHISI
19:34 31 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni tərkibi qüvvəyə minəcək.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının yeni tərkibinə əsasən il ərzində əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinə 136,8 kq çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 38 kq meyvə və giləmeyvə, 32,9 kq ət və ət məhsulları, 223,6 kq süd və süd məhsulları, 7,7 kq balıq və balıq məhsulları, 150 ədəd yumurta, 16,9 kq şəkər və qənnadı məmulatları, 10,9 kq  bitki yağı, marqarin və digər piylər, 7 kq kərə yağı, 4,7 kq digər məhsullar daxildir.

 

Pensiyaçılar üçün adambaşına minimum istehlak səbətinə 107,9 kq çörək və çörək məhsulları, 40,2 kq kartof, 85,2 kq tərəvəz və bostan məhsulları, 32 kq meyvə və giləmeyvə, 25,6 kq ət və ət məhsulları,  233,8 kq süd və süd məhsulları, 6,8 kq balıq və balıq məhsulları, 100 ədəd yumurta, 15,8 kq şəkər və qənnadı məmulatları, 8,4 kq  bitki yağı, marqarin və digər piylər, 5,8 kq kərə yağı, 3,3 kq digər məhsullar daxil edilib.

 

Uşaqlar üçün (0-15 yaş) adambaşına minimum istehlak səbətinə 100,5 kq çörək və çörək məhsulları, 42 kq kartof, 100,72 kq tərəvəz və bostan məhsulları, 76 kq meyvə və giləmeyvə, 29,6 kq ət və ət məhsulları,  258,6 kq süd və süd məhsulları, 8 kq balıq və balıq məhsulları, 183 ədəd yumurta, 19,7 kq şəkər və qənnadı məmulatları, 7 kq  bitki yağı, marqarin və digər piylər, 6 kq kərə yağı, 4 kq digər məhsullar daxildir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR