Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibi qüvvəyə minəcək

20:42 31 Dekabr 2014
66 Digər
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 20:41 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibi qüvvəyə minəcək.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibinə əsasən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinə 8 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,2 il ərzində 9 ədəd kostyum tipli üst geyimlər, 2,5 il ərzində 9 ədəd alt geyimlər, 1,5 il ərzində 7 cüt corab məmulatları, 5 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 6 cüt ayaqqabı, 1 il ərzində 3 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı,  10,2 il  ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları,  bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar  daxildir.

 

Pensiyaçılar üçün  adambaşına minimum istehlak səbətinə 9 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,8 il ərzində 8 ədəd kostyum tipli üst geyimlər, 2,7 il ərzində 9 ədəd alt geyimlər, 2 il ərzində 4,5 cüt corab məmulatları, 6,4 il ərzində 3 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 5 cüt ayaqqabı, 1 il ərzində 3 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il  ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları,  bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar  daxil edilib.

 

Uşaqlar (0-15yaş) üçün adambaşına minimum istehlak səbətinə 2,6 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 2 il ərzində 12 ədəd kostyum tipli üst geyimlər, 2 il ərzində 12 ədəd alt geyimlər, 1,3 il ərzində 6 cüt corab məmulatları, 3 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları,  1,3 il ərzində 6 cüt ayaqqabı, 1 il ərzində 41 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı,  10,2 il  ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları,  bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar  daxil edilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR