Yeni ilə yeni istehlak səbəti ilə qədəm qoyacağıq

Yeni ilə yeni istehlak səbəti ilə qədəm qoyacağıq
21:21 31 Dekabr 2014
301 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibi qüvvəyə minəcək.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının yeni tərkibinə əsasən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinə 8 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,2 il ərzində 9 ədəd kostyum tipli üst geyimlər, 2,5 il ərzində 9 ədəd alt geyimlər, 1,5 il ərzində 7 cüt corab məmulatları, 5 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 6 cüt ayaqqabı, 1 il ərzində 3 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları, bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar daxildir.

Pensiyaçılar üçün adambaşına minimum istehlak səbətinə 9 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 4,8 il ərzində 8 ədəd kostyum tipli üst geyimlər, 2,7 il ərzində 9 ədəd alt geyimlər, 2 il ərzində 4,5 cüt corab məmulatları, 6,4 il ərzində 3 ədəd baş geyimləri və xırdavat məmulatları, 3,5 il ərzində 5 cüt ayaqqabı, 1 il ərzində 3 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları, bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar daxil edilib.

Uşaqlar (0-15yaş) üçün adambaşına minimum istehlak səbətinə 2,6 il ərzində 3 ədəd palto tipli üst geyimlər, 2 il ərzində 12 ədəd kostyum tipli üst geyimlər, 2 il ərzində 12 ədəd alt geyimlər, 1,3 il ərzində 6 cüt corab məmulatları, 3 il ərzində 4 ədəd baş geyimləri və xırdavat məmulatları, 1,3 il ərzində 6 cüt ayaqqabı, 1 il ərzində 41 ədəd məktəb-yazı ləvazimatı, 7,1 il ərzində 11 ədəd yataq ləvazimatı, 10,2 il ərzində 14 ədəd mədəni məişət və təsərrüfat malları, bir ay ərzində qeyri-ərzaq mallarına sərf edilən xərclərə nisbətdə 10 faiz ilkin tələbat və sanitariya əşyaları, dərmanlar daxil edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR