KIA KX3 örtüyünü çıxardı - FOTO

KIA KX3 örtüyünü çıxardı - FOTO
21:32 31 Dekabr 2014
117 Digər
Ölkə mətbuatı
A- A+

Yeni KIA KX3 krossoverin seriya variantının üzərində heç bir örtük olmadan çəkilmiş şəkillərini Çinin yerli Autohome resursu dərc edib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, şəkillərdə təsvir edilən avtomobil keçən ay Quançjouda nümayiş etdirilmiş KX3 konseptinə çox bənzəyir. Əsas fərqlər duman əleyhinə fənərlərin formalarının müxtəlifliyində və əsas və arxa faraların tərtibatındadır.
 
Texniki cəhətdən bu avtomobil Hyundai ix25 ilə “qohum”dur. O Donfeng-Yueda-Kia birgə müəssisəsində iki 1,6 litrlik benzin mühərrikləri ilə buraxılacaq. Mühərriklərdən atmosfer versiyası 123 a.g. və 151 Nm, turbo variantı isə 200 a.g. və 264 Nm hasil edəcək.
 
Modelin Çin bazarında satışları martda başlayacaq.
 
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/avto/316773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR